Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb

03.07.2020 22:22

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma riskini azaltmaq üçün sistemli tədbirlərə baxmayaraq gündəlik infeksiya aşkarlanması min nəfərdən yuxarıdır.

Xezerxeber.az xəbər verir ki, iyulun 3-də Türkiyə üzrə 52 min 141 nəfər testdən keçirilib. Onlardan 1172 nəfər xəstə çıxıb. Gün ərzində 19 nəfər ölüb, 1313 nəfər sağalıb. Beləliklə məlum infeksiyadan ölənlərin sayı 5 min 186 nəfərə çatıb. Ümumilikdə indiyədək ölkə üzrə 3 milyon 535 min 818 nəfər testdən keçirilib. Onlardan 203 min 456 nəfərdə infeksiya aşkar olunub. Hazırda 1082 nəfər reanimasiyada, 374 nəfər süni nəfər aparatına qoşulmuş haldadır.

Qeyd edək ki, hazırda Türkiyədə gündəlik yoluxma sayına görə böyük şəhərlərdə, o cümlədən, İstanbul, Ankara və İzmirdə göstəricilər yüksəkdir.

© xezerxeber.az

FOTOQALERIYA






273 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR