Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Alimlərdən ən son İCAD - Xəstəlikləri proqnozlaşdırmaq mümkün olacaq

01.07.2020 10:06

Yapon alimləri bir sıra xəstəliklərin inkişaf etməzdən üç il əvvəlki diaqnozunu verməyi öyrənib.

XəzərXəbər xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Hirosaki və Kyoto Universitetlərinin mütəxəssisləri təxminən 20 xəstəliyin, xüsusən diabet, demensiya, arterioskleroz, hipertoniya, xroniki böyrək çatışmazlığı, osteoporoz, piylənmə, ürək-damar xəstəliyi və bir sıra digər xəstəliklərin inkişaf ehtimalını dəqiq müəyyənləşdirmək üçün metod hazırlayıb.

Süni intellektdən istifadə etməklə 20 kateqoriyada insanın tibbi göstəricilərinin təhlili sistemini yaradıblar ki, bu da insanın fiziki vəziyyəti, genetik meylliliyi, həyat tərzi və pis vərdişləri haqqında məlumatları nəzərə alıb hesablamalar aparmağa imkan verir. Tədqiqat prosesi təqribən 20 min insanın məlumatlarına əsaslanıb.

Kyoto Universitetinin professoru Yasuşi Okuno qeyd edib ki, insanın gələcək üç il ərzində hansı xəstəlikləri keçirə bilmə ehtimalını yüksək dəqiqliklə proqnozlaşdıra biliblər. Alimlərin fikrincə, onların metodu əvvəlcədən müəyyən addımlar atmaqla həyat tərzini dəyişdirərək, xəstəliklərin inkişafının qarşısını almağa imkan verəcək. (publika.az)

© xezerxeber.az


92 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR