TƏBİB məlumat yaydı: 36 nəfər süni tənəffüs cihazındadır

30.06.2020 08:56

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 29-na olan statistik göstəriciləri açıqlayıb.

XəzərXəbər xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6558 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 475 525 test aparılıb. Onlardan 16 968-nin cavabı pozitiv çıxıb. İndiyədək 206 nəfər COVID-19-dan dünyasını dəyişib, 9369 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 7393 nəfərdir. 213 nəfər reanimasiyada, 36 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 544 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 343 pasiyent sağalıb.


© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR