Bu ölkədə “TikTok” qadağan edildi

30.06.2020 10:00

Hindistan hökuməti ölkə ərazisində 59 mobil tətbiqin, o cümlədən "TikTok”, "UC Brauzer” brauzeri və Çinin sosial şəbəkəsi olan "WeChat” messencerinin istifadə edilməsinə qadağa qoyub.

Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Siyahıya Hindistanın suverenliyi və ərazi bütövlüyü, ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişi üçün zərərli tətbiqlər daxil edilib. Əsasən Çində hazırlanan tətbiqlər həm mobil, həm də digər cihazlarda da bloklanacaq./publika.az

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR