Göyçayda ikimərtəbəli ev yandı

30.06.2020 09:51

Göyçay rayonunun Çayarxı kəndində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, ümumi sahəsi 336 m2 olan ikimərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 146 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR