Maskadan istifadə etməməyə görə cərimələr 2 dəfə artırıldı - VİDEO

29.06.2020 20:20

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, karantin qaydalarının pozanlar və maskadan istifadə etməyənlərə qarşı tətbiq edilən cərimələrin 2 dəfə artırılması Milli Məclisin əsas müzakirə mövzusu idi. Sədr Sahibə Qafarova cərimələrin sərtləşdirilməsinin səbəbindən danışıb.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə, müəyyən edilən yerlərdə maskdan istifadə etməyən fiziki şəxslərin 100 manat , vəzifəli şəxslərin 200 manat, hüquqi şəxslərin isə 400 manat məbləğində cərimələnməsi nəzərdə tutulub. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə isə fiziki şəxslərn 200 manatdan 400 manatadək, vəzifəli şəxslərin 3 min manatdan 4 min manatadək , hüquqi şəxslərin isə 4 min manatdan 10 min manatadək cərimələnməsi nəzərdə tutulub.

Millət vəkili Nizami Səfərov bu artımın dünya ölkələrində tətbiq edilən cərimələrə uyğun olduğunu bildirib.

Millət vəkili Siyavuş Novruzov isə koronavirusla bağlı şayiə yayanların da cərimələnməsini təklif edib.

Cərimələrin artırılması təklifi səsverməyə qoyularaq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR