İcazələrin bir hissəsi ləğv edilib - VİDEO

29.06.2020 20:36

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icaze.e-gov.az portalında icazələrin bir hissəsi ləğv edilib.

Xezerxeber.az-ın məlumatına görə, sərt karantin rejiminin tətbiq edildiyi ilk günlərdə koronavirusa yoluxma riskini azaltmaq üçün fəaliyyətinə icazə verilmiş sahələrdə işçilərin 50 faizinin işə çıxmasına icazə verilirdi. Lakin bir çox müəssisələr bu qaydalara əməl etməyərək tam tərkibdə fəaliyyət göstərib. Məhz bu səbəbdən nəzərdə tutulan hədd aşılacağı təqdirdə icazələrin avtomatik olaraq ləğv ediləcəyi barədə xəbərdarlıq olunmuşdu. Artıq prosesə başlanıb və icazələrin bir qismi ləğv edilib.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi Elnur Niftəliyevin sözlərinə görə, fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır. Əks halda yenidən sistemdə qeydiyyatdan keçmiş bəzi şəxslərin icazələri ləğv ediləcək.

İcazə hüququ ləğv edilən vətəndaşlar bu barədə məlumatı ilk növbədə çalışdıqları müəssisəyə müraciət edərək öyrənə bilərlər. Bununla yanaşı my.gov.az portalında qeydiyyatdan keçməklə də icazənin olub-olmadığını yoxlamaq mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






307 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR