Azərbaycanın sürücülük vəsiqələri Türkiyədə tanınacaq - Saziş təsdiqləndi - VİDEO

29.06.2020 20:02

Azərbaycan və Türkiyə arasında sürücülük vəsiqələrinin qarşılıqlı şəkildə tanınması tam olaraq reallaşıb. Bununla bağlı Türkiyə höküməti "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi" haqqında Sazişi təsdiqləyib.

Ekspert Ərşad Hüseynov deyib ki, saziş hər iki ölkə vətəndaşlarının işini xeyli asanlaşdıracaq.

Yəni sürücülər vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq hər iki ölkədə sürücülük vəsiqələrini qeyd-şərtsiz dəyişdirə biləcəklər. Bundan sonra sürücüyə həmin ölkənin milli vəsiqəsi təqdim edilir.

Ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu nəzərə alsaq, belə bir qərarın verilməsi zəruri idi. Çünkü hər iki ölkə arasında gediş-gəliş olduqca intensivdir. Əvvəlki qayda isə bəzi hallarda müəyyən problemlərə səbəb olurdu.

Qeyd edək ki, Azərbaycan tərəfi sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Sazişi 2016-cı il mayın 6-da təsdiqləyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






316 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR