Sumqayıtda evdən oğurluq etməkdə şübhəli bilinən iki nəfər yaxalanıb

29.06.2020 16:34

Sumqayıt şəhərində oğurluqla məşğul olan iki nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyunun 26-da Sumqayıt şəhəri ərazisindəki evlərin birindən 200 manat məbləğində pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş – R.İsmayılov və T.Hacıyev Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Aparılmış yoxlamalar zamanı onların daha üç evdən pul, qızıl və məişət əşyaları oğurlamaları, habelə bir evdən oğurluğa cəhd göstərmələri də müəyyənləşdirilib.

Faktla bağlı tədqiqat davam edir.

© xezerxeber.az


219 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR