Hazırda ölkədə taxıl biçini aparılır - VİDEO

06.06.2020 21:46

Hazırda ölkədə taxıl biçini aparılır. Dağlıq ərazilərdə biçin prosesinə gələn aydan başlanacaq. Taxılın itkisiz toplanması üçün də dağlıq və mürəkkəb relyefə məxsus ərazilərdə biçin apara bilən kombaynlar alınıb. Texnikalar gələn aya kimi ölkəyə gətiriləcək.

Ölkəyə dağlıq ərazilərdə asanlıqla taxıl biçə bilən kombaynlar gətiriləcək.

Bu il ölkədə 1 milyon hektardan artıq sahədə taxıl əkilib. Sahələrin 640 min 977 hektarı buğda, 369 min 240 hektarını arpa təşkil edir. Hazırda bəzi bölgələrdə olduğu kimi, Saatlıda da arpa biçini aparılır.

Biçin prosesinə ölkə üzrə hələlik 1079 kombayn cəlb olunub. Bunlardan 358-i "Aqrolizinq" ASC-nin kombaynlardır. Cəmiyyət hazırda biçin getməyən dağətəyi və dağlıq rayonlardakı aqroservislərdən Aran bölgəsinə 195 kombayn dislokasiya edib.

Goranboyda da taxıl biçininə start verilib. Bu il Goranboyda 21 min 52 hektar sahədə taxıl əkilib. Bunun da 12 min 802 hektarı arpa, 8250 hektarı isə buğdadır. Fermerlər bu il məhsuldarlığın yüksək olduğunu bildirirlər. Rayonda kombayn çatışmazlığı da müşahidə edilmir.

Bu günədək ölkə üzrə taxıl sahələrinin 5,7 faizində biçin başa çatıb.

© xezerxeber.az

FOTOQALERIYA






228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR