Şəhərdə polis postları qurulub - Sürücü və sərnişinlər ciddi yoxlanırlar - VİDEO

06.06.2020 21:48

Dünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda müvəqqəti postlar qurulub. Hərəkətdə olan bütün nəqliyyat vasitələri saxlanıb və onların şənbə və bazar günləri şəhərdə hərəkət etmələrinə icazələrinin olub-olmadığı yoxlanıb. Bundan başqa, piyada hərəkət edənlər də ciddi şəkildə yoxlanıb.

Küçələr boş olsa da, təxminən 20-25 dəqiqədən bir, ara-sıra nəqliyyat vasitələrinə rast gəlinir.

Görüntülər paytaxt ərazisində müvəqqəti qurulan postlardandır. Məlum olduğu kimi, dünən gecə saatlarından etibarən fəaliyyətinə icazə verilən bəzi dövlət qurumları və özəl sektorun əməkdaşları istisna olmaqla, vətəndaşların evdən çıxmaları qadağan edilib. Fəaliyyətinə icazə verilən şəxslər isə yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət edə bilərlər. Nazirlər Kobineti yanında Operativ Qərargahın qərarı qüvvəyə mindiyi andan yol polisləri küçələrdə nəzarəti artırıb.


Bu cür postlar paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda da qurulub. Nəzərat olduqca ciddidir və polislər növbəlilik əsasında 24 saat fəaliyyət göstərirlər.


Polis əməkdaşları piyadalara qarşı da yoxlamalar aparıblar. İcazəsiz küçəyə çıxanlar cərimə ediliblər.


Polis əməkdaşları paytaxtda binaların həyətlərində avtomobillərlə dolaşaraq xüsusi səsgücləndiricilər vasitəsilə ''evdəqal'' çağırışı ediblər. Çağırışda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar şənbə və bazar günlərində yaşayış yerinin tərk edilməsinin qadağan olunduğu və tələbin yerinə yetirilməməsinin hüquqi məsuliyyət yaratdığı bildirilir. Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. Sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.


© xezerxeber.az

FOTOQALERIYA






401 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR