Boyu 1.68 santimetrdən qısa olanlar DİQQƏT!

06.06.2020 18:06

İngiltərəli professor, həkim Devid Bettinin rəhbərlik etdiyi tədqiqatçı qrupu 80 mindən çox insanın iştirak etdiyi araşdırmanın nəticəsini açıqlayıb.

Araşdırmanın nəticələri boy ilə alzeymer xəstəliyi arasında əlaqə olduğunu göstərib. Belə ki, boyu 1.68 santimetrdən qısa olan kişilərin alzeymerə yaxalanma və bu xəstəlik səbəbindən ölmə riskinin, boyu 1.78 santimetrdən uzun olan kişilərdən 50 faiz daha çox olduğu ortaya çıxıb.

Qadınlarda isə boyun qısa olmasının alzeymerə yaxalanmaq riskini kişilərə nisbətən daha az artırdığı bildirilib. Boyu 1.55 santimetr olan qadınların alzeymerlə əlaqədar olaraq ölməsi ehtimalı, boyu 1.65 santimetr olanlardan 35 faiz daha çoxdur.

Dr. Devid Betti boyun qısalığının müəyyən genetik xəstəliklərlə bağlı olduğunu və bu xəstəliklərin də daha tez yaşlanma, alzeymerə yaxalanma, həmçinin ölümü riskini yüksəltdiyini deyib.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR