Hakimlər davaya müdaxilə etməyəcək - Yeni TƏLİMAT

06.06.2020 16:07

Bu gün Azərbaycan Premer Liqası və ölkə kuboku ilə bağlı açıqlanan təlimatda hakimlərlə bağlı bəzi qadağalar göstərilib.

XəzərXəbər PFL-in saytına istinadla xəbər verir ki, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək.

Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.

Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.

© xezerxeber.az


245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR