La Liqa klubu "Qalatasaray"ın futbolçusunu hədəfə aldı

05.06.2020 16:00

İspaniyanın "Real Betis" klubu "Qalatasaray"ın yarımmüdafiəçisi Sofian Fequlini transfer etmək istəyir.

Sevilya təmsilçisi əlcəzairli futbolçunu almaq üçün "Qalatasaray"la danışıqlara başlamağa hazırlaşır.

İstanbul təmsilçisinin 30 yaşlı vingerə 10 milyon avro qiymət qoyduğu iddia edilir. "Sarı-qırmızılar" Əlcəzair millisinin üzvünü 2017-ci ildə "Vest Hem"dən 4,25 milyon avroya transfer edib. O, 101 oyunda 26 qol vurub, 22 assist edib.

Fequli İspaniya La Liqasında "Valensiya" və "Almeriya" klublarında oynayıb.

© xezerxeber.az


355 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR