Həftə sonu tətbiq ediləcək məhdudiyyətlərin detalları açıqlandı - VİDEO

04.06.2020 21:38

"Cümə günü dövlət müəssisələri saat 2-ə kimi işləyəcək. Ancaq insanlar bunu bayram etməsinlər. Bu, insanların restoranlara, əyləncə mərkəzlərinə axın etməsi üçün deyil, onlar ərzaq ehtiyaclarını təmin etsinlər. Özəl müəssisələrə də iş saatlarını saat 14.00-a qədər bitirməyi tövsiyə edirik”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı əlavə edib ki, bu həftə sonu Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda bütün marketlər və apteklər bağlı olacaq. O deyib ki, dərmana ehtiyac olarsa, təcili yardım xidmətləri təmin edəcək. 

TƏBİB İdarə Heyətinin sədri deyib ki, hazırda pandemiyanın başlanğıc mərhələsidir. Qaydalara əməl edilməsə, ikinci dalğa daha sərt ola bilər.  

 O, bəzi vətəndaşlara 190 manat birdəfəlik ödəmənin iyun ayında da verilməsi məsələsinin gündəmdə olmadığını da sözlərinə əlavə edib. 

Mətbuat konfransında o da bildirilib ki, yaxın qohumunun dəfnində iştirak etmək istəyənlər isə Daxili İşlər Nazirliyindən icazə almalıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






367 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR