Türk ordusu HƏRƏKƏTƏ KEÇİR

04.06.2020 13:00

Türkiyə Silahlı Qüvvələri 27 fevralda başlanan və 1 həftə davam edən "Bahar qalxanı” hərəkatından sonra Bəşər Əsəd rejiminə sadiq qüvvələrin İdlib şəhərinə hücumlarının qarşısını almaq üçün hazırlıqlara davam edir.

Rəsmi açıqlamalar və açıq kəşfiyyat mənbələrinin məlumatına görə, TSQ "Atılqan”, "Qorqud”,"HAWK-21”, "HİSAR-O” hava hücumundan müdafiə və radiolokasiya sistemlərini şəhərə yerləşdirib.

Sistemlərin rejim üçün çaşdırıcı olacağını bildirən hərbi mütəxəssislər Türkiyənin atəşkəs müddətində sabitliyin hər an pozulacaqmış kimi davrandığını və hazırlıqlarını bu istiqamətdə apardığını deyib: "İdlibə göndərilən 4 min hərbi avtomobil, 10 min əsgər və hərbi təchizatlar bunun bariz nümunəsidir”.

Qeyd edək ki, "Bahar qalxanı” Bəşər Əsəd qüvvələrinin türk əsgərlərinə hücumu və nəticədə 33 "mehmetçik”in şəhid olmasından sonra başladılmışdı. 1 həftə sonra atəşkəs elan olunsa da, Türkiyə Silahlı Qüvvələri hərbi əməliyyatları döyüşsüz davam etdirir. Milli Müdafiə Nazirliyi əməliyyatın başa çatması ilə bağlı hər hansı bəyanat verməyib./publika.az

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

07.07.2020 09:35

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR