Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir - VİDEO

03.06.2020 21:39

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib. 


Xezerxeber.az-ın məlumatına görə, mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, son günlər ölkədə koronavirusla bağlı yoluxmanın dərəcəsinin artması müşahidə olunur. Onun sözlərinə görə, yoluxma və sağalma arasında fərq getdikcə artmaqdadır. Bu da yeni situasiya yaradıb. Odur ki, həftəsonları hərəkət və iş rejimlərində məhdudlaşma olacaq. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, narıncı zona adlandırılan Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda küçəyə çıxmaq qadağasının tətbiq olunması təklif edilib. Onun sözlərinə görə, yoluxma intensivliyi yüksək olduğuna görə qarşıdakı bir və ya iki ay ərzində həftənin iki günü, bəlkə də üç günü ərzində vətəndaşların küçəyə çıxması, nəqliyyat vasitələrinin hərəkəti və iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq.

O da bildirilib ki, həftəsonu keçiriləcək buraxılış imtahanlarının vaxtı da dəyişdirilə bilər. Bununla yanaşı məhdudiyyətlər olacağı təqdirdə, 190 manat birdəfəlik ödəmənin verilməsi yenidən aktuallaşa bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






746 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR