Bakıda güclü YANĞIN BAŞLADI

03.06.2020 14:57

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı, Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb.

XəzərXəbər FHN-in saytına istinadən xəbər verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qurumları məlumatlandırılıb.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 ha sahədə quru ot və kol-kos yanır.

© xezerxeber.az

FOTOQALERIYA






627 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR