Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - VİDEO

30.05.2020 19:27

Bakıda küləkli hava şəraiti sabah da davam edəcək.

Xezerxeber.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi arabir güclənəcək.

Mayın 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






246 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR