Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Türkiyədə məscidlər açılıb - 74 GÜN SONRA İLK CÜMƏ NAMAZI

29.05.2020 15:05

Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində bağlanan məscidlər 74 gün sonra açılıb.

Bu gündən başlayaraq Türkiyə Diyanət İşləri Müdirliyi 81 vilayətin şəhər və rayonlarında qılınacaq cümə namazlarının siyahısını açıqlayıb.

Qaydalara görə, 16 martdan fəaliyyəti dayandırılan ibadət evləri tədricən fəaliyyətə başlayacaq. Hazırda 264 məsciddə ibadətlərin icra olunması müəyyənləşdirilib. Qaydalara görə, cümə namazları açıq havada qılınmaqla, möminlərin məscidlərdə yox, evlərində dəstəmaz alaraq gəlmələri, özləri ilə şəccadə (namazlıq) gətirmələri, namaz qılarkən sosial məsafəni qorumaları və maska geyilməsi tələbləri ilə icra olunur. Tələblərdə məscidlərin öncədən dezinfeksiya olunması, düzgün havalandırılması və ibadətə gələnlərin əllərinin dezinfeksiya edilməsi, gigiyenik tələblərə əməl etməsi şərtləri də var.

© xezerxeber.az

FOTOQALERIYA






223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR