AQTA: Yemək sifarişləri və ofisiantların çağırılması üçün onlayn sistem yaradılmalıdır

29.05.2020 13:12

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) karantin rejimindən mərhələli çıxış zamanı ictimai iaşə və ərzaq satışı müəssisələrində əməl edilməsi vacib olan qaydalar barədə maarifləndirici materiallar hazırlayıb.

Xezerxeber.az AQTA-ya istinadən xəbər verir ki, materiallarda ictimai iaşə müəssisələrində müştəri ilə təmasın minimuma endirilməsi məqsədilə yemək sifarişləri və ofisiantların çağırılması üçün onlayn idarəetmə sisteminin yaradılması, nağdsız ödənişlərə üstünlük verilməsi, həmin müəssisələrin girişində dezinfeksiya baryerlərinin qurulmasının vacibliyi qeyd olunub.

Həmçinin bildirilib ki, ictimai iaşə və ərzaq satışı müəssisələrində dövri olaraq ayda 1 dəfə peşəkar dezinfeksiya xidmətlərindən istifadə edilməlidir.

Ərzaq satışı müəssisələrində tullantılar vaxtında kənarlaşdırılmalı, tullantı qabları təmiz saxlanılmalıdır.

© xezerxeber.az

FOTOQALERIYA






301 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR