Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Mayk Pompeo Azərbaycan xalqını təbrik etdi

28.05.2020 12:28

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 may – Respublika Günü münasibətilə təbrik edib.

Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

"Amerika Birləşmiş Ştatlarının hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Amerika Birləşmiş Ştatları və Azərbaycan otuz ilə yaxındır ki, mühüm tərəfdaşlıq əlaqələrindən bəhrələnməyə davam edir. Biz təhlükəsizlik, energetika, iqtisadi inkişaf ilə yanaşı insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib sahələrdə birgə çalışırıq. Əfqanıstanda sülhün qurulması naminə çiyin çiyinə fəaliyyət göstərən habelə Cənub Qaz Dəhlizi vasitəsilə Avropada enerji təhlükəsizliyini gücləndirmək üçün birgə çalışan dövlətlərimiz ən vacib qlobal məsələlər üzərində əməkdaşlığı davam etdirir", - təbrikdə qeyd olunur./apa

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR