Bu sujet hər birinizi təsirləndirəcək - Anam həkimdir, gələ bilmir, bizə gələ bilərsiniz? - VİDEO

27.05.2020 21:18

"Anam həkimdir, gələ bilmir, bizə gələ bilərsiniz?" koronavirus pandemiyası ilə mübarizəyə könüllü qoşulan həkimlərdən biri Günay Kosayeva aylardır ailəsindən ayrı düşüb. Həkim 2 uşaq anasıdır. Onun övladı Fatehin 9 , Çingizin 11 yaşı tamam olur. Fateh ad gününü məhz "XəzərXəbər”lə qeyd etməyi istəyib . Əməkdaşlarımız Günay həkimin evində olub, övladlarının doğum günündə iştirak ediblər. Hər birinizi bu təsirli sujeti izləməyə dəvət edirik!

Hər şey telefonumuza gələn bir mesajla başladı.

Bu misralar 15 gündür anasını görməyən balaca Fatehin yazdıqlarıdır. O, qardaşı Çingizə ad günü sürprizini bizim vasitəmizlə etmək istədi. Biz də həm onun bu arzusunu yerinə yetirdik, həm də öz şərəfli peşəsini ləyaqətlə yerinə yetirən, övladının ad günündə belə işinin başında olan anası Günay həkimin adından hədiyyələr çatdırdıq.

Çingiz 158 saylı məktəbdə oxuyur, Fateh isə 160 saylı. Onlar öz məktəbləri üçün darıxdıqlarını deyirlər və inanırlar ki, tezliklə görüşəcəklər. Amma indi onları düşündürən sadəcə bir məsələ var. Anaları evdə yoxdur və uşaqlara görə, ev boşdur. Narahatdırlar ki, görəsən anaları xəstələnməz?

Fateh deyir ki, ad günü mayın 25-də olub və anası işdə olduğuna görə ona çox sevdiyi tortu bişirə bilməyib. Elə bunu deyəndə onun balaca ürəyi ana həsrətinə dayanmır və gözyaşları yanağından süzülür...

İndi bu çətin günlərdə onlara həmdəm olan ataları Hafiz müəllim isə balalarını bağrına basıb Fatehin bu arzusundan xəbərsiz olduğunu deyir.

Bu gün bəlkə də koronavirusdan sağalan onlarla insan öz sağlamlığını bu uşaqların gözyaşlarına borcludur. Ümid edirik ki, tezliklə bu xəstəlik bitəcək və öz balaca yumruğunu ovcuna sıxıb gözlərini qurulayan, əlamətdar günlərini valideynləri olmadan qeyd edən bu balacalar öz ata-analarına qovuşacaqlar. Ad gününüz mübarək olsun, əziz Çingiz, əziz Fateh. Sizin simanızda qoy həyat bütün övladlara ən gözəl günləri bəxş eləsin. Ailəniz və sevdiklərinizlə birlikdə!

© xezerxeber.az

FOTOQALERIYA






326 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR