Bu yol genişləndirilir - VİDEO

27.05.2020 21:01

Böyük ipək yolunun tərkib hissəsi olan və 503 km məsafəni əhatə edən Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 130 km-lik hissəsi 4 hərəkət zolağına qədər genişləndirilir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsi genişləndirilir. Hazırda Tovuzda və yolun Şəmkirin Zəyəm və Ağstafanın Qırılı kəndləri arasındakı hissəsinə asfalt örtüyü çəkilir. Yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suötürücü borular, alt keçidlər və körpülərin inşası işləri də davam etdirilir.

2019-cu ilin aprelindən başlayan işlər çərçivəsində yolun böyük hissəsi hazırda istifadə olunan yolla paralel olaraq yenidən qurulur. Yolun 39-52-ci kilometrliyində isə yeni yol inşa edilir.

Sürücülərin rahat və maneəsiz hərəkətini təmin edəcək yolda məsafə müəyyən qədər uzanacaq. Lakin yeni yolda sürət həddinin saatda 110 km-ə qaldırılması və yolların bir istiqamətdə dördzolaqlı olması sürücüləri sevindirir.

Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa, yol boyu 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru və 86 avtobus dayanacağı tikiləcək. İşlər 2021-ci ilin dekabr ayında yekunlaşacaq.

© xezerxeber.az


246 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR