QMİ-dən bayram namazı ilə bağlı AÇIQLAMA - VİDEO

23.05.2020 21:30

Ramazan bayramı şəvval ayının 1-i - ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq, may ayının 24-nə təsadüf edəcək. Sabah ölkəmizdə bayram qeyd ediləcək. Bu günlə əlaqədar olaraq əvvəllər hər kəs öz yaxınlarını ziyarət edir bayramlaşırdı. Ancaq hazırda ölkəmizdəki xüsusi karantin rejiminin tətbiq olunması ilə bu il bayramlarda insanlara evdən çölə çıxmamağa mümkün qədər ziyarətlərə getməmək tövsiyyə edilir


Ramazan dua, Ramazan səbr ayıdır. Bu ayda insanlar daha çox savab qazanmaq üçün dua və xeyir əməllər görürlər.

Artıq uzun səbr dolu bir ay arxada qaldı sabah ölkədə ramazan bayramı qeyd olunacaq.Bayramın isə özəlliyi və gözəlliyi isə yaxınları ziyarət edib onlarla bayramlaşmaq olur.Amma dünyanın əziyyət çəkdiyi covid-19 bəlası ilə bağlı bu il Ramazan bayramı fərqli qeyd ediləcək.

İçərişəhər "Cümə" məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədlinin sözlərinə görə bayram günü insanlar bəzi məqamlara diqqət etməlidirlər.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair azərbaycan hökumətinin verdiyi qərara əsasən bayram namazı məscidlərdə qılınmayacaq.Buna görə Hacı Surxayın sözlərinə görə ramazan ayı boyunca bütün dini ayinləri online şəkildə etsələrdə amma namazın fərdi şəkildə evlərində qılmalıdırlar.

Ramazan ayına dair Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasında çıxarılan fitrəyə dair tövsiyələr də əksini tapıb. Belə ki, Ramazan ayının son günüdə adambaşına 5-10 manat arası fitrə verilməsi məsləhət görülür. hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə çıxararaq imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

© xezerxeber.az

FOTOQALERIYA






167 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR