İsraildən Xameneiyə sərt cavab

23.05.2020 17:22

İsrail Baş naziri Benyamin Netanyahu və Müdafiə naziri Benni Qantz İrana xəbərdarlıq edib.

Netanyahu İsraili təhlükə və ya yox olmaqla təhdid edənlərin özlərini təhlükəyə atdıqlarını bildirib.

Müdafiə naziri Qantz isə İsrailin istənilən təhdidə qarşı hazır olduğunu bəyan edərək, bu hallara anında cavab veriləcəyini bəyan edib.

Xatırladaq ki, dünən İranın Ali dini lideri Seyid Əli Xamenei Qüds Günündə İsraili xərçəng xəstəliyinə bənzədərək, bunun regiona zərər verdiyini deyib. Bildirib ki, belə xəstəlik kökündən kəsilməlidir.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

24.05.2020 20:41

Ot bahalaşıb - VİDEO

ÇOX OXUNANLAR