Böyük Britaniyanın Baş naziri Boris Conson ilkin sağalma mərhələsindədir

10.04.2020 17:15

Böyük Britaniyanın Baş naziri Boris Conson əvvəlki kimi xəstəxanada ilkin sağalma mərhələsindədir.

Xezerxeber.az yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın hökumət dəftərxanasının nümayəndəsi məlumat yayıb.

COVID-19 xəstəliyinə yoluxan Boris Conson aprelin 9-da reanimasiyadan adi palataya keçirilib. Baş Nazir ona göstərdikləri qayğıya görə həkimlərə və tibb bacılarına təşəkkür edib.

"Baş Nazir hazırda xəstəxanadakı palata ilkin sağalma mərhələsindədir. O, əvvəlki kimi əla əhval-ruhiyyədədir”, - deyə hökumət nümayəndəsi jurnalistlərə bildirib.

Qeyd edək ki, martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü izolyasiya edən Baş Nazir aprelin 3-də hərarətinin düşmədiyini, öskürəyinin dayanmadığını bildirib. Aprelin 5-də xəstəxanaya yerləşdirilən Boris Conson ertəsi gün reanimasiyaya köçürülüb.

© xezerxeber.az

FOTOQALERIYA






99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR