Gəncədə karantin qaydalarını pozan 4 nəfər həbs edilib, 19 obyekt sahibi cərimələnib - FOTO

10.04.2020 16:16

Gəncədə karantin rejimini pozan şəxslər barədə inzibati tədbir görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Araşdırmalar zamanı ümumilikdə 208 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlarda 204-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 4 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 19 nəfəri iaşə obyektlərinin sahibləridir.

© xezerxeber.az

FOTOQALERIYA






127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR