Tacikistan xarici ölkə vətəndaşları üçün sərhədləri bağlayıb

10.04.2020 15:05

Tacikistan hakimiyyəti ölkəyə koronavirusun daxil olmasının qarşısını almaq üçün bütün xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışına müvəqqəti qadağa qoyub.

Bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. "Yeni koronavirus infeksiyasının ölkəyə daxil olmasının və yayılmasının qarşısının alınması üzrə fövqəladə tədbirlərin reallaşdırılması məqsədilə bütün xarici ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Qazaxıstan respublikası sərhədlərindəki bütün buraxılış məntəqələrindən girişi və çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - deyə məlumatda bildirilir.

Qurumun məlumatına əsasən, məhdudiyyətlər Tacikistanda akkreditə olunan xarici ölkə diplomatlarına, beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələrinə, həmçinin onların ailə üzvlərinə şamil edilmir. (AZƏRTAC)

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR