Oğuzda polislər yaşlı insanlara kömək edib - VİDEO

06.04.2020 18:11

Oğuz rayonunda polislər yaşlı insanların evlərinə gedərək onlara baş çəkiblər.

Xezerxeber.az-ın məlumatına görə, yaşı 65-dən yuxarı olub SMS xidmətindən istifadə edə bilməyən insanlara polislər köməklik edib.

Rayonda xidmət aparan polislər yaşlı insanların ərzaq, dərman və digər ehtiyaclarının ödənilməsi işində şəxsən iştirak ediblər. Məqsəd həm də xüsusi karantin rejiminin pozulması hallarının sayının azaldılmasıdır.

82 yaşlı Məcid Səmədov və onun həyat yoldaşı 70 yaşlı Zöhrə Səmədova SMS-dən istifadə edə bilmədiklərindən onlara lazım olan ərzaq və digər vacib əşyaları polis əməkdaşları alıb evə gətiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR