Ermənistanda koronavirusa yoluxanların sayı 800-ü ötüb

05.04.2020 22:38

Ermənistanda son 24 saat ərzində 52 nəfər koronavirusa yoluxub.

Xezerxeber.az xəbər verir ki, bununla da bu ölkədə COVID-19 virusuna yoluxanların sayı 822 nəfərə çatıb.

Bundan başqa, 3477 nəfər karantində, 720 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Ermənistanda koronavirus səbəbindən 7 nəfər dünyasını dəyişib.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR