Qırğızıstanda koronavirusa yoluxanların sayı 116 nəfərə çatıb

02.04.2020 13:41

Son sutka ərzində Qırğızıstanda 9 nəfər COVID-19 koronavirusuna yoluxub və xəstələrin sayı 116 nəfərə çatıb.

Bununla bağlı Qırğızıstan koronavirusla bağlı Respublika Qərargahı məlumat yayıb.

Bildirilib ki, 5 xəstə sağalıb, 5 nəfər isə reanimasiya şöbəsindədir, onların vəziyyəti çox ağırdır.

Hazırda ölkədə karantində 1588 nəfər var. Bu günədək 9128 test həyata keçirilib.

© xezerxeber.az


85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR