İtaliyada həkim işləyən həmyerlimizdən çağırış - VİDEO

01.04.2020 18:58

Dünyanın ən güclü səhiyyə sistemlərindən birinə sahib olan İtaliya koronavirus pandemiyası qarşısında aciz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, 105 min insanın koronavirusa yoluxduğu İtaliyada vəziyyət gərgin olaraq qalmaqdadır.

İtaliyanın Lakuila şəhərində həkim işləyən həmyerlimiz Sayalı Vəliyeva deyir ki, yaşadığı ölkədə durum olduqca ağırdır. Hətta vəziyyət o qədər pisdir ki, ölənləri yerləşdirməyə yer yoxdur.

Sayalı Vəliyeva deyir ki, yoluxanların sayı durmadan artır, intensiv terapiya almalı olanlar üçün isə yer yoxdur. Odur ki, hökumət Milanda yeni xəstəxana tikməyə başlayıb. Həkimin sözlərinə görə, xəstəxanalarda çalışan tibb işçilərinin istifadə etməsi üçün maska tapılmır.

Sayalı Vəliyeva deyib ki, Azərbaycanda vəziyyətin İtaliyadakı kimi ağırlaşmaması üçün karantin qaydalarına əməl edilməlidir.

Qeyd edək ki, İtaliyada virusdan indiyə qədər 12 mindən çox insan ölüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






351 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR