Ərdoğan vətəndaşlardan evlərini tərk etməmələrini xahiş edib

01.04.2020 16:47

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusa yoluxan və xəstəlikdən həyatını itirən şəxslərin sayını açıqlayıb.

APA-nın "Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti bildirib ki, dünən axşama olan məlumata əsasən, ölkədə 13 531 nəfər koronavirusa yoluxub.

Onun sözlərinə görə, virusdan ölənlərin sayı 214 nəfərdir.

"Vətəndaşlarımızdan mümkün olduğu qədər evlərini tərk etməmələrini xahiş edirəm. Hər bir vətəndaş könüllü karantində qalsa, sərt tədbirlər qəbul etməyimizə ehtiyac qalmaz”, - deyə Ərdoğan qeyd edib.

© xezerxeber.az


98 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR