Paytaxtda soyğunçuluq edən dəstə üzvləri tutulublar

28.03.2020 14:40

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini N.Nəcəfzadə martın 27-də saat 2 radələrində işlədiyi köşkə gəlmiş şəxslərin ona zor tətbiq edib tütün məmulatı aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri B.Nağızadə, C.Rəhimli, E.Qəhrəmanlı və M.Əliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Onların həmin gün eyni saatda daha bir köşkdən tütün məmulatı oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 10:48

Neft ucuzlaşdı

ÇOX OXUNANLAR