Tramp G20 sammitində iştirak edəcək

26.03.2020 10:44

ABŞPrezidenti Donald Tramp koronavirusla mübarizəyə həsr olunmuş G20 sammitində iştirak edəcək.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Hoqan Gidlininyaydığı açıqlamada bildirilir.

"Tramp koronavirus pandemiyasına qarşı beynəlxalq reaksiyaların koordinasiya edilməsi üçün davam edən səylərin bir hissəsi olaraq sabah (cümə axşamı) G20 liderləri ilə videokonfransda iştirak edəcək”, - açıqlamada belədeyilir.

G20 sammiti videokonfrans formatında keçiriləcək. Bu müddətdə koronavirusun yayılması və pandemiyanın iqtisadi nəticələrinə qarşı mübarizə üçün koordinasiya məsələləri müzakirə ediləcək. Sammitə Səudiyyə Ərəbistanı sədrlik edəcək.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR