Dünyada koronavirusa yoluxanların sayı 414 mini keçib

26.03.2020 09:35

Bu günə qədər dünyada ümumilikdə 414179 insankoronavirusyoluxub18440 nəfər isə bu virusun qurbanına çevrilib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki,bu barədə Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində bildirilib.

Statistikaya görə, yoluxanların sayı gün ərzində 40 mindən çox, ölənlərin sayı isə 2202 nəfər artıb. Yoluxma hallarının və ölənlərin çoxu Avropa bölgəsində qeydə alınıb – 220 516 yoluxma və 11 986 ölüm. Gün ərzində bu bölgədə virusa yoluxanların sayı 20 007, ölüm halları isə 1797 nəfər artıb.

İkinci yerdə Çin, Koreya Respublikası və Yaponiyanı əhatə edən Qərbi Sakit okean bölgəsi yer alır. Martın 25-nə olan məlumata görə, burada 97 766 yoluxma və 3518 ölüm faktı qeydə alınıb. Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada cəmi 60 834 nəfər koronavirusa yoluxub, 813 nəfər isə virusun qurbanı olub. Həmçinin daha iki ölkədə koronavirus aşkar edilib.

© xezerxeber.az

FOTOQALERIYA






77 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR