ABŞ-da koronavirusa yoluxanların sayı 60 mini ötüb

26.03.2020 09:47

ABŞ-da koronavirusa (COVID-19) yoluxanların sayı 60 min nəfəri ötüb.

Xezerxeber.az "RİA Novosti agentliyinə istinadla bildirir ki, Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60 min 115 yoluxma halı qeydə alınıb, 827 nəfər virus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son məlumatlarına görə, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR