Moskvada 2 nəfər koronavirusdan ölüb

25.03.2020 22:11

Moskvada iki nəfər koronavirus infeksiyasının yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Xezerxeber.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskvada yaradılmış Operativ Qərargahın "Telegram” kanalında qeyd olunub.

Bildirilir ki, həmin şəxslər 88 və 73 yaşlarında olub. Onlarda pnevmoniya və bənzər patologiyalarda xəstəliklərin olduğu təsdiqlənib.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR