Azərbaycana gələn bütün şəxslərə çevik xidmət göstərilir - VİDEO

25.03.2020 18:58

Azərbaycana gələn bütün şəxslərə çevik xidmət göstərilir və sənədləri qaydasında olan şəxslərin qısa zamanda sərhəd keçməsi təmin edilir.

Xezerxeber.az-ın məlumatına görə, dünyanı cənginə alan koronavirus epidemyası ilə əlaqədar bir çox dövlət qurumları kimi Dövlət Sərhəd Xidməti də gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Bu günlərdə əsasən xaricdə yaşayan və çarter reysi ilə ölkəmizə gətirilən şəxslərə xidmət göstərilir.

Dövlət sərhədlərində xidmət göstərən əməkdaşlar hələ tibbi yoxlanışdan əvvəl risk qrupuna daxil olan vətəndaşlarla təmasda olduğundan onların təhlükəsizliyinə xüsusi diqqət yetirilir.

Ölkəyə gətirilən yüklərin isə qısa zamanda buraxılması təmin olunur.

Qeyd edək ki, sərhədlərdən ölkəmizə buraxılan bütün yük maşınlarının çöl hissəsi ilə yanaşı sürücü kabinası da xüsusi vasitələrlə dezinfeksiya edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






353 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR