Pop ulduzu 5 milyon dollarından keçdi - Koronavirusa görə...

22.03.2020 17:44

Dünya şöhrətli ifaçı, son illərdə isə şəxsi markasını quraraq bizneslə məşğul olmağa başlayan Rihanna koronavirusla mübarizədə dəstək fonduna qoşulub.

Rihanna qlobal koronavirusla mübarizə aparan, təcili hazırlıq və müdaxilə proqramlarını maliyyələşdirən "Klara Lionel" Birliyinə 5 milyon dollar bağışlayıb.

Qeyd edək ki, Rihanna maliyyə dəstəyi göstərən yeganə ulduz deyil. Aktyorlar Bleyk Layvli və Reyan Reynolds, futbolçu Zlatan İbrahimoviç, müğənnilərdən Ledi Qaqa, Castin Timberleyk və başqaları da 1 milyon dollar yardım edib./Publika.az

© xezerxeber.az


235 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR