Xəzər Xəbər

Murad Dadaşov Xəzər TV-yə rəhbər təyin edildi VİDEO

Veb TV | 20:42 • 5 Mart 2020
Murad Dadaşov Xəzər TV-yə rəhbər təyin edildi

'' Xəzər TV '' Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni baş direktor təyin olunub. Bu xalq artisti Murad Dadaşovdur. Murad Dadaşovu kollektivə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov təqdim edib. Xaliq məmmədov bildirib ki, ''Xəzər TV'' MMC "Socar Media" ictimai birliyinin tərkibinə keçib.

Xalq artisti Murad Dadaşov ''Xəzər TV'' MMC-ə yeni baş direktor təyin olundu.

Murad Dadaşovu kollektivə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov təqdim edib. Xaliq Məmmədov bildirib ki, Xəzər TV MMC-nin təsis paylarının "SOCAR Media" İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb, bununla da ''Xəzər tv'' MMC ''SOCAR Media''nın tərkibinə keçib .

''Xəzər TV'' MMC-ə yeni baş direktoru Murad Dadaşov isə çıxışında bildirib ki, Xəzər televiziyasının uğurlarının daha da artırılması üçün kollektivlə birlikdə bütün səylər ortaya qoyulacaqdır.

Sonda Murad Dadaşov bundan sonrakı işlərdə, işin səmərəliyini artırmaq üçün kollektivəöz tövsiyyələrini verib.

Xəbər lenti