Xalq artisti Suraxanıda dəfn olunacaq

29.02.2020 13:24

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün dəfn olunacaq.

Bu barədə Gənc Tamaşaçılar Teatrının Mətbuat Xidmətinin rəhbəri Pərvin Nurəliyeva məlumat verib.

Onun sözlərinə görə, A.Salmanlı ilə vida mərasimi Yeni Suraxanıdakı evində keçiriləcək.

"Suraxanı qəbiristanlığında torpağa tapşırılacaq", - deyə P.Nurəliyeva bildirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib. (report)

© xezerxeber.az


148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR