Şok səbəb: Qadının dodaqları və burnu çürüdü

23.02.2020 15:38

Cənubi Afrika sakini olan Şanenli Visser adlı qadın dodaq və burnunudan məhrum olub.

"RİA Novosti"nin xəbərinə görə, buna qadını manqustun dişləməsi səbəb olub.

36 yaşlı qadın bildirib ki, keçmiş rəisi ilə görüşü zamanı manqust onun baş və şəhadət barmağının üstünü dişləyib. Qadın əvvəlcə buna əhəmiyyət verməyib. Lakin bir neçı gündən sonra onun vəziyyəti pisləşib. Həkimlər onda sepsiz(qana düşmüş xəstəliktörədici mikroorqanizmlərlə bütün bədənin zəhərlənməsi) aşkar ediblər.

Həkimlər 11 gün ərzində onu xilas etməyə çalışsalar da, mikrob qadının ciyər, böyrək və digər orqanlarının fəaliyyətinə güclü təsir edib. Onun əl, ayaq, buruu və dodaqları qaralmağa başlayıb. Həkimlər qadının əlləri, ayaqları, dodaqları və burnunu amputasiya ediblər.

Bundan sonra reabilitasiya kursu keçən qadının üzünün dərisini bərpa etmək mümkün olub./teleqraf

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR