Yaşıllıq sahələrinə elektron formada nəzarət ediləcək - VİDEO

21.02.2020 21:14

Yaşıllıq sahələrinə elektron formada nəzarət ediləcək.Artıq bununla bağlı işlərə start verilib.

Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov deyib.İlkin olaraq inventarizasiya işlərinə Bakı və Abşerondan başlanılıb.

Nazim İsmayılov qeyd edib ki, hər rayon şərti kvartallara bölünür və nömrələnir.bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq.

Mətbuat konfransında bakı sumqayıt yolunun genişləndirilməsi ilə bağlı olraq həmin ərazidəki ağacların aqibəti məsələsinədə toxunulub.Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib ki, artıq həmin ərazidə olan ağacların aqibəti məsəlsi müzakirə edilir.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyib ki, Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılaraq fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir.

© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR