Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir

21.02.2020 13:55

İtaliya ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Azərbaycan Prezidentinin İtaliyaya tarixi əhəmiyyətli dövlət səfəri bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək.

Bu fikirləri İtaliya Prezidenti Sercio Mattarella Romada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində deyib.

İtaliya Prezidenti qeyd edib ki, ölkələrimiz çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əməkdaşlığımızda əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atıb.

Prezident Sercio Mattarella vurğulayıb ki, 25 ildən çoxdur mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olub. Bu, həmçinin öz baxışlarını Avro-Aralıq dənizi məkanına yönəldən və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olub.

"Bu gün İtaliya Respublikası Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hörmət hissi ilə baxır. Qlobal səviyyədə birinci ticari tərəfdaş kimi Roma Sizin idarəetməniz sayəsində başladılan iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycan Respublikasının yanında olmaq niyyətindədir və ətraf mühitin qorunmasına yönəldilmiş texnoloji innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə töhfə verməyə hazırdır”, - deyə İtaliya Prezidenti qeyd edib.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR