Alman polisi 8 nəfəri güllələyərək qətlə yetirən şəxsi tutub

20.02.2020 08:31

Almaniyanın Hanau şəhərində 8 nəfəri güllələyərək qətlə yetirən, daha 5 nəfəri yaralayan şəxs polis tərəfindən tutlub.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik bu məlumata münasibət bildirməyib.

Nəşr hadisə zamanı ölənlərin etnik kürdlər olduğunu ehtimal edir.

Hadisənin motivləri barədə məlumat verilməyib.

© xezerxeber.az


104 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR