Avstraliya yanğınları başa çatdı - RƏSMİ

14.02.2020 14:29

Avstraliyanın Yeni Cənubi Uels əyalətində 6 ay əvvəl başlayan və daha sonra Kuinlənd, Viktoriya və Cənubi Avstraliya əyalətlərinə yayılan meşə yanğınları lokallaşıb.

Bölgədə yağan intensiv yağışlar nəticəsində yanğınların əksər hissəsi sönüb.

Cənubi Uels Yanğınsöndürmə Xidmətindən verilən açıqlamada əyalət miqyasında 10 gündür davam edən yağışların yanğınsöndürənlərin işini asanlaşdırdığı bildirilib: "24 nöqtədə yanğın nəzarətə götürülüb. Bu nöqtəyə gələ bilmək üçün təcili yardımlar, xalq və yanğınsöndürənlər gecə-gündüz işləyib”.

Qeyd edək ki, yanğınlarda 33 nəfər dünyasını dəyişib, 11 milyon hektar ərazi yanıb. 3 mindən çox ev kül olub. 1,25 milyarda yaxın heyvan zərər çəkib./publika.az

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR