Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ötən ilin "YOL TERRORU" - 821 ölü, 1702 yaralı

14.02.2020 13:36

Ötən il respublikanın avtomobil yollarında 1 870 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən daxil olan məlumata görə, hadisələr nəticəsində 821 nəfər həlak olub, 1 702 nəfər yaralanıb.

Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,5 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində 564 nəfər ölüb, 1 631 nəfər yaralanıb.

Bütün yol-nəqliyyat hadisələrinin 43,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 33,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,7 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,6 faizini, yaralananların isə 72,9 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 18 nəfər həlak olub, 21 nəfər yaralanıb. Hadisələrin 60,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

© xezerxeber.az


108 dəfə oxunub

ÇOX OXUNANLAR