Məşhur futbolçunun 450 minlik “Merecedes"i oğurlanıb

14.02.2020 12:40

Braziliyanın "San-Paulu” futbol klubunun müdafiəçisi Dani Alveş avtomobil oğrularının qurbanı olub.

XəzərXəbər Avtosfer.az-a istinadən xəbər verir ki, 36 yaşlı braziliyalının avtomobili fevralın 11-də gecə yarısı Pineyros rayonunda yerləşən avtodayanacaqdan qaçırılıb. Bu barədə "Globo Esporte” portalı məlumat verib.

Məlumata görə, naməlum şəxs avtodayanacağa daxil olub və gözətçiyə hədə-qorxu gələrək "Mercedes Benz GLE 400 Coupe” markalı maşına minərək oradan uzaqlaşıb.

Hadisədən xəbər tutan Dani Alveş, artıq bununla bağlı polisə şikayətlə müraciət edib.

Bildirilir ki, oğurlanan avtomobilin dəyəri 450 min dollar təşkil edir və maşın keçmiş həyat yoldaşı Danielya Alveşin adına qeydiyyatda olub.

© xezerxeber.az


270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR